İspaniya Super Kubokunda Arda Turan "qasırğası" (VİDEO)

İspaniya Super Kubokunda Arda Turan qasırğası (VİDEO)
Video
İdman 2464

 

İspaniya Super Kubokunun qalibi məlum olub.

BAKU.WS-in məlumatına görə, "Barselona" ilə "Sevilya" ikinci dəfə qarşı-qarşıya gəlib. İlk oyunda 2-0 qalib gələn kataloniyalılar cavab oyununda da ənənəni pozmayıb.

Qarşılaşmada 3 qol vuraraq qapısını toxunulmaz saxlayan "Barselona" kuboku öz evinə aparıb. Oyunda türk futbolçu Arda Turanın performansı diqqət çəkib. Matçın iki qolunu vuran (10, 47 dəq.) futbolçu baxımlı oyunu ilə azarkeşləri sevindirib. 

Oyunda 3-cü qolu isə 55-ci dəqiqədə Messi vurub. Bununla da "Barselona" 13-cü dəfə Super Kubokun sahibi olub.

 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Super Kubok "Qalatasaray"ın oldu (VİDEO)

Super Kubok "Qalatasaray"ın oldu (VİDEO)

"Turkcell Super Kubok"unun finalında "Qalatasaray" - "Beşiktaş"la üz-üzə gəlib. BAKU.WS-in məlumatına görə, Konyada baş tutan qarşılaşma gərgin mübarizə ilə k...

1403 İdman 09:35 14 avqust 2016

Son xəbərlər