İldə ən çox qazanan futbolçu və məşqçinin adı məlum olub - FOTO

İldə ən çox qazanan futbolçu və məşqçinin adı məlum olub - FOTO
İdman 1527
 

Dünyanın ən çox qazanc əldə edən futbolçularının siyahısı açıqlanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, "France Football" jurnalının tərtib elədiyi siyahının ilk pilləsində Madridin "Real” klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu qərarlaşıb.

32 yaşlı futbolçu ötən il ərzində 87,5 milyon dollar qazanıb. İkinci yeri "Barselona” klubunun və Argentina millisinin futbolçusu Lionel Messi tutur. Onun 1 ildəki gəliri 76,5 milyon dollar olub. Üçlüyü "Barselona” klubunun və Braziliya millisinin futbolçusu Neymar tamamlayıb - 55,5 milyon.

Ən çox məvacib alan məşqçilərin siyahısına "Mançester Yunayted” klubuna rəhbərlik edən portuqaliyalı Joze Mourinyo başçılıq edir. Onun illik qazançı 28 milyon avrodur. İkinci pillədə Çin yığmasının çalışdırıcısı italiyalı Marçello Lippidir - 23,5 milyon avro. "PSJ”-nin sabiq baş məşqçisi Loran Blan 20 milyon avro ilə 3-cü pillədədi.

BAKU.WS

Oxşar xəbərlər

AFFA Renat Dadaşova 1 milyon dollar vəd edib

AFFA Renat Dadaşova 1 milyon dollar vəd edib

Almaniyanın məşhur "Bild" nəşri Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı şok məlumat dərc edib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, gən...

1687 İdman 14:28 25 mart 2017

Son xəbərlər