Messi tarixə düşdü

Messi tarixə düşdü
İdman 1885

İspaniya "Barselona"sının argentinalı futbolçusu Lionel Messi beynəlxalq klub miqyaslı turnirlərdə 100-cü qolunu vurub.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin V turunun "Seltik"lə qarşılaşmasında 2 dəfə fərqlənən hücumçu 100-ə çatan ilk futbolçu kimi tarixə düşüb.

Bütün qollarını Kataloniya klubunun heyətində vuran cənubi amerikalı rekordunu 3 müxtəlif turnirdə rəsmiləşdirib. Messi Çempionlar Liqasında 92, klublararası dünya çempionatında 5, UEFA Superkubokunda 3 dəfə fərqlənib. Lionel 100 qolu 119 matçda vurub.

Qeyd edək ki, siyahıda 2-ci olan Kriştianu Ronaldonun hesabında 99 top var.

BAKU.WS

Oxşar xəbərlər

İspaniya Super Kubokunda Arda Turan "qasırğası" (VİDEO)

İspaniya Super Kubokunda Arda Turan "qasırğası" (VİDEO)

İspaniya Super Kubokunun qalibi məlum olub. BAKU.WS-in məlumatına görə, "Barselona" ilə "Sevilya" ikinci dəfə qarşı-qarşıya gəlib. İlk oyunda 2-0 qalib gələn...

2464 İdman 10:17 18 avqust 2016

Son xəbərlər