Ronaldo Tramp barədə fikirlərini bölüşüb
Portuqaliyalı ulduz dutbolçu Kriştiano Ronaldo ABŞ prezidenti Donald Tramp haqqında fikirlərini bölüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Əl-Nəsr"in hücumçusu jurnalist Pirs Morqanın YouTube kanalında danışıb.
O bildirib ki, Donald Tramp dünyanın gedişatını dəyişdirə biləcək şəxsdir.
"Tramp dünyanı dəyişə biləcək və ya dəyişməyə kömək edə biləcək adamlardan biridir", – deyə Ronaldo qeyd edib.
Ötən mövsümdə Ronaldo "Əl-Nəsr" klubunun heyətində bütün turnirlərdə 41 oyunda 35 qol vurub və 4 qolun ötürməsini edib.
Hazırkı mövsümdə Səudiyyə Ərəbistanı çempionatında "Əl-Nəsr" 7 görüşdə topladığı 21 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd esək ki, Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından "Əl-Nəsr" klubunun hücumçusu kimi çıxış edir. Ölkədə evli olmayan kişi və qadınların birgə yaşaması qadağan olunsa da, əfsanəvi futbolçuya istisna hal kimi ailəsi ilə birgə yaşamağa icazə verilib.
Oxşar xəbərlər
Qarabağ" Bruno Lanqanı heyətinə qatıb
"Qarabağ" sol cinah müdafiəçisi Bruno Lanqanın transferini başa çatdırıb. BAKU.WS xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında təqdimat vid...