"Real"ın hücumçusu Endrik: Futbolçu olmaq çətin deyil
Madridin "Real" klubunda çıxış edən və Braziliya millisinin üzvü Endrik futbolçu həyatı ilə bağlı maraqlı fikirlər səsləndirib.
BAKU.WS xəbər verir ki, 20 yaşlı hücumçu futbolçuların işi ilə səhər tezdən axşama qədər işləməli olan insanların həyatını müqayisə edib.
"Futbolçu olmaq çətin deyil. Əsl çətinlik səhər saat 5-də yuxudan qalxıb, bazar ertəsindən bazar gününə qədər işləməyə gedən insanların payına düşür", – deyə Endrik bildirib.
Endrik 2024-cü ilin yayında "Real"a transfer olunub. O, Madrid klubunun heyətində indiyədək 34 rəsmi qarşılaşmada meydana çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Braziliyalı futbolçu ötən mövsümün ikinci hissəsini Fransanın "Lion" klubunda icarə əsasında keçirib. Endrik burada 19 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Azərbaycan futbolu Yunanıstandan nə öyrənə bilər? - "TOP-al"da Millətlər Liqası gündəmi
Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışında UEFA Millətlər Liqasında keçirilən qarşılaşmalar, Azərbaycan millisinin çıxışı və dünya futbolunda gündəmdə ol...