Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın MMA döyüşçüsü Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak etmək üçün vətənə qayıdıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, idmançı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında media nümayəndələri tərəfindən qarşılanıb.
Rafael Fiziyev iyunun 21-də Kristal Zalda keçiriləcək döyüş gecəsində çilili rəqibi İqnasio Bahamondes ilə üz-üzə gələcək.
Həmin turnirdə həmçinin digər azərbaycanlı döyüşçülər - Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Nazimin rəqibi braziliyalı Nikolas Motta, Tofiqin rəqibi isə qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.
Oxşar xəbərlər
"Trabzonspor"lu futbolçu, azərbaycanlı həkim və silah...
Polşalı sabiq futbolçu Miroslav Şımkovyak Türkiyənin "Trabzonspor" klubunda çıxış etdiyi dövrdə yaşadığı maraqlı hadisəni danışıb. BAKU.WS xəbər verir ki, o, Tr...