Qadın güləşçimiz “Minsk 2019”un finalında - FOTO
27
iyn
2019
20:34
İyunun 27-də Azərbaycanın daha bir qadın güləşçisi “Minsk 2019”un finalına vəsiqə qazanıb.62 kiloqram çəki dərəcəsində mübarizə aparan E.Qəmbərova yarımfinalda rumıniyalı Krişta İnçze ilə qarşılaşıb. Güləşçimiz görüşün əvvəlində hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək qarşılaşmanı qələbə ilə başa vurub – 4:1. İdmançımız finalda ukraynalı Yuliya Tkaç ilə qarşılaşacaq.E.Qəmbərova “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında və cari ildə Avropa çempionatında bürünc medallara sahib olub.Səkkizdəbir finalda almaniyalı Lutsi Manskeyə (4:0) qalib gələrək dörddəbir finala yüksələn E.Qəmbərova (62 kq) bu mərhələdə polşalı Katarina Madrovskanı 9:0 hesabı ilə məğlubiyyətə uğradıb.Qeyd edək ki, qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq) artıq finalda iştirak hüququnu təmin edib. Bu gün Səbirə Əliyeva (76 kq) da finala vəsiqə uğrunda mübarizə aparacaq. Güləşçimizin rəqibi almaniyalı Fransi Raedelt olacaq.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalı qazandırıb
İyunun 26-da sərbəst güləşçimiz Mahir Əmiraslanov ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.BAKU.WS-in məlumatına görə, 57 kiloqram çəki...