Prezident idman nazirinə tapşırıq verdi: Yeni federasiya yaradılsın
05
okt
2017
15:39
Azərbaycan Dünya Boks Şurasına (WBC) üzv qəbul olunub. BAKU.WS-in məlumatına görə, bu barədə WBC prezidenti Maurusio Süleyman Bakıda keçirilən mətbuat konfransında məlumat verib.O bildirib ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söhbət olub: “Azərbaycan prezidentinin bizi qəbul etməsi şərəf oldu. Müsbət mənada təəccübləndik. Sadə və geniş ürəkli insandı. İdman haqda geniş məlumata malikdi. Azərbaycanda bir çox böyük turnirlər təşkil olunub. Dünyanın gözü WBC-nin Bakıda keçirilən Konvensiyaya yönəlmişdi. Prezident idman nazirinə tapşırıb ki, Azərbaycanda WBC çətiri altında federasiya yaradılsın. Yaxın gələcəkdə burada döyüşlər də təşkil etməyi düşünürük”.M.Süleymanın sözlərinə görə, Azərbaycan qurumun 166-cı üzvü ölkəsi olacaq: "Sizə xoş gəlmisiniz, deyirəm. Ən geci 3 il sonra Azərbaycandan çempion çıxacağına inanıram".Qeyd edək ki, WBC-nin 55-ci Konvensiyası Bakıda keçirilib. Tədbirə 164 üzv ölkənin nümayəndələri, o cümlədən Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Nasim Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin kimi boks ailəsinin tanınmış simaları gəliblər.TuncayBAKU.WS
Oxşar xəbərlər
Bakıda böyük mərasim start götürdü: Kəmaləddin Heydərov dünya ulduzlarını paytaxtda qəbul etdi (VİDEO)
Bakıda Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının açılış mərasimi keçirilib. BAKU.WS-in məlumatına görə, tədbirə 164 üzv ölkənin nümayəndələri qatılıb. Mə...