Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
22
iyl
2025
12:19
Su polosu üzrə Azərbaycan millisinin baş məşqçisi Panayotis Xronopulos vəzifəsindən ayrılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev məlumat verib.
O, su polosunun Xorvatiyada daha çox inkişaf etdiyini və bu ölkənin biliklərindən yararlanmaq istədiklərini bildirib: "Bu məsələ ilə yaxından məşğul olacağıq. Namizədləri nəzərdən keçirəcəyik".
Qeyd edək ki, yunanıstanlı mütəxəssis ötən ilin sentyabr ayından milli komandaya rəhbərlik edirdi.
Oxşar xəbərlər
Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci günü yeni rekordlarla yadda qalıb
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan Dünya Kubokunun iki...