Marko Yankoviçin son durumu BİLİNDİ
"Qarabağ"ın zədəli yarımmüdafiəçisi Marko Yankoviç komanda ilə birgə məşqlərə qoşulub.
Bunu BAKU.WS-ə açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib.
Onun sözlərinə görə, komandanın digər zədəli üzvü Joni Montiel hələlik fərdi şəkildə məşq edir.
Qurum rəsmisi Marko Yankoviçin "Qarabağ"ın UEFA Çempionlar Liqasında "Atletik"lə səfər oyununa qədər hazır olub olmayacağı ilə bağlı suala isə belə cavab verib:
"Yankoviçinin "Atletik"lə oyuna çıxıb çıxmayacağı məşqçilər heyətinin qərarından asılıdır. Bununla bağlı öncədən nəsə demək mümkün deyil".
Xatırladaq ki, Marko Yankoviç UEFA Çempionlar Liqasının 1-ci turunda "Benfika" ilə keçirilən matçın 77-ci dəqiqəsində zədələnərək meydançanı tərk edib. Matç komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ" bu "Atletik"lə oktyabrın 22-də İspaniyada üz-üzə gələcək.
Banu Hüseynli
Oxşar xəbərlər
"Şəfa" Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
Futbol üzrə Azərbaycan I Liqasında çempion müəyyənləşib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Şəfa" mövsümün sonuna 1 tur qalmış 1-ci yeri təmin edib. P...