Kriştianu Ronaldu İslam dinini qəbul edə bilər
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo İslam dininə maraq göstərir.
BAKU.WS xəbər verir ki, bu barədə komandanın qapıçısı Valid Abdulla Səudiyyə Ərəbistanının "Al-Saudia" telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ronaldo İslamın adət-ənənələri və praktikaları ilə fəal şəkildə maraqlanır.
"O, çoxlu suallar verir, hətta bir dəfə qol vurduqdan sonra səcdə də edib. Bundan əlavə, komanda yoldaşlarını müntəzəm olaraq namaz qılmağa çağırır",- deyə qapıçı qeyd edib.
Valid Abdulla əlavə edib ki, futbolçu Səudiyyə Ərəbistanının mədəniyyətinə heyran qalır və onun oğlu yerli uşaqlarla asanlıqla ünsiyyət qurur.
"Ronaldunun sadəliyi və intizamı hörmətə layiqdir. O, təkcə meydanda deyil, meydandan kənarda da örnəkdir",- deyə Abdalla vurğulayıb.
Oxşar xəbərlər
"Qarabağ"la yollarını ayıran Kris Kuakudan yeni transferi barədə AÇIQLAMA
"Qarabağ" klubu ilə yollarını ayıran Kris Kuaku Norveç təmsilçisi "Sarpsborq 08"ə transferi barədə təəssüratını bölüşüb. BAKU.WS xəbər verir ki, 26 yaşlı yarımm...