İnfantino Trampa verdiyi açıq dəstəyə görə şikayət edildi

İnfantino Trampa verdiyi açıq dəstəyə görə şikayət edildi
İdman 49

Miqrant işçilərin hüquqları və idmanla bağlı fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı FİFA-nın Etika Komitəsinə müraciət edərək qurumun prezidenti Canni İnfantinonu etik kodeksi pozmaqda ittiham edib.

BAKU.WS xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Məlumata görə, şikayətdə İnfantinonun siyasi neytrallıq öhdəliyini pozduğu vurğulanır və bununla bağlı bir neçə konkret hal göstərilir - hamısı ABŞ prezidenti Donald Trampa açıq dəstəklə bağlıdır:

İddiada qeyd olunur ki, İnfantino Trampın Nobel Sülh Mükafatına layiq görülməsi üçün lobbiçilik edib.

O, Mayamidə keçirilən biznes forumunda FİFA rəhbəri statusunda çıxış edərək Trampı dəstəkləyən nitq səsləndirib. 2026-cı il dünya çempionatının püşkatma mərasimi zamanı İnfantino Trampı tərifləyərək onun siyasətini alqışlayıb.

Yanvarda isə FİFA rəhbəri Trampın inauqurasiyaöncəsi mitinqinə dəvətinə görə təşəkkür etdiyi bir video paylaşıb və video "Yalnız Amerikaya deyil, bütün dünyaya yenidən böyüklük bəxş edəcəyik" sözləri ilə bitib.

Eyni zamanda, Etika Komitəsindən FİFA Sülh Mükafatının yaradılması və onun Trampa təqdim olunması ilə bağlı halları araşdırmaq tələb olunur. Bildirilir ki, mükafat təsis edilərkən nə FİFA Şurası, nə də vitse-prezidentlərlə məsləhətləşmələr aparılıb. Bundan başqa, nominasiyalar, meyarlar, münsiflər və seçim prosesi də olmayıb.

Son xəbərlər