Həbibdən övladları ilə bağlı etiraf: Onlar güclü olmalıdırlar, lazım gəlsə…

Yüngül çəkidə keçmiş UFC çempionu (70 kq-a qədər) rusiyalı idmançı Həbib Nurməhəmmədov övladları üçün döyüşlə bağlı gələcək istəmədiyini etiraf edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə Demetrius Consonun YouTube kanalına müsahibəsində deyib.
"Uşaqlarım? Onlar məşq edirlər, amma performans göstərmirlər. Onlar güclü olmalıdırlar, gimnastika ilə məşğul olurlar. Döyüş sənəti yoxdur. Mən döyüşməyi bilirəm, lazım gəlsə onları qoruyacam. Onların döyüşməyə ehtiyacı yoxdur", - deyə Nurməhəmmədov bildirib.
Xatırladaq ki, Həbib Nurməhəmmədovun 36 yaşı var. O, peşəkar qarışıq döyüşçü kimi debütünü 2008-ci ildə edib və karyerasını 2020-ci ildə başa vurub. Ümumilikdə onun MMA-da 29 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası, I və II Liqa oyunlarının hakimləri təsdiqlənib - SİYAHI
AFFA Hakimlər Komitəsi 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqası və I Liqa oyunlarını idarə edəcək hakimlərin siyahısını təsdiqləyib. BAKU.WS assosiasiyanı...