Françesko Totti DÇ-2026-da onu ən məyus edən komandaların adını açıqlayıb

Françesko Totti DÇ-2026-da onu ən məyus edən komandaların adını açıqlayıb
İdman 39

İtaliya futbolunun canlı əfsanəsi, "Roma"nın sabiq kapitanı Françesko Totti 2026-cı il dünya çempionatında onu ən çox məyus edən komandaların adını açıqlayıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Tottinin sözlərinə görə, turnirdə ən böyük gözləntiləri Almaniya və Niderland yığmalarından idi.

Belə ki, hər iki komandanın daha irəli mərhələlərə yüksələcəyini düşünürdü, lakin nəticələr tam əksini göstərdi.

Keçmiş hücumçu fərdi futbolçuları tənqid etməyin doğru olmadığını da vurğulayıb:

"Ən böyük məyusluq kimi ilk növbədə Almaniya və Niderlandı qeyd edərdim. Onların daha uzağa gedəcəyini gözləyirdim. Konkret bir futbolçunun adını çəkib onun pis oynadığını deməyi sevmirəm. Mən də futbolçu olmuşam və bilirəm ki, bəzən oyunçular çətin psixoloji vəziyyətdə olurlar. İşlər yolunda getməyəndə məsuliyyət bütün komandanın üzərində olur. Buna görə də yalnız bir futbolçunu günahlandırmaq düzgün deyil".

Qeyd edək ki, Almaniya yığması dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya, Niderland isə eyni mərhələdə Mərakeşə məğlub olaraq turnirlə gözlənilmədən erkən vidalaşıb.

Xatırladaq ki, DÇ-2026-nın final görüşü iyulun 19-da İspaniya və Argentina yığmaları arasında keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər