FİFA Türkiyə klubuna 3 illik qadağa qoydu

"Trendyol" super liqasında qeyri-sabit mövsüm keçirən və aşağı liqaya düşməmək üçün mübarizə aparan "Konyaspor" klubu FİFA tərəfindən cəzalandırılıb.
FİFA-nın internet saytına yerləşdirilən məlumata görə, "Konyaspor"a 2025-ci il aprelin 10-dan etibarən üç mövsümlük transfer qadağası verilib.
"Konyaspor" ötən mövsüm "Qalatasaray"dan icarəyə götürdüyü rumıniyalı futbolçu Aleksandru Çikaldaunun müraciəti əsasında cəzalandırılıb. Futbolçu "Konyaspor"da ildə cəmi 805 min avro qazanıb.
O, həmçinin klubdan 956 min TL-lik qazancının vergisini ödəməyi də istəyib. Rumıniyalı məsələni FİFA-ya çatdırıb. FİFA Çİkaldaunu haqlı görüb və məbləği ödəmək üçün "Konyaspor"a məktub göndərib. "Konyaspor" bu məbləği ödəmədiyi üçün transfer qadağasına məruz qalıb.
Futbolçu maaşının yerdə qalan 210 min avrosunun ödənilməməsinə görə FİFA-ya qarşı ayrıca iddia qaldırıb. FİFA müqavilə şərtlərini yerinə yetirmədiyi üçün "Konyaspor"u günahkar bilib. Konyaspor iki iş üzrə tələb olunan cəmi 956 min TL və 210 min avro ödəsə, transfer qadağası aradan qalxacaq.
