"Fənərbağça"ya FIFA-dan 3 dövrlük transfer qadağası

Fənərbağçaya FIFA-dan 3 dövrlük transfer qadağası
İdman 17

Türkiyənin "Fənərbağça" klubuna FIFA tərəfindən 3 transfer dövrünü əhatə edən qadağa tətbiq edilib.

BAKU.WS xəbər verir ki, FIFA-nın rəsmi transfer qadağaları siyahısında İstanbul təmsilçisinin adı yer alıb.

Qeyd olunan sanksiyanın maliyyə işi ilə bağlı olduğu bildirilir.

Mövcud məlumatlara görə, klub tələb olunan maliyyə öhdəliyini yerinə yetirdiyi təqdirdə qadağanın aradan qaldırılması mümkündür. Yəni FIFA sistemində 3 dövr üçün göstərilən məhdudiyyət ödəniş həyata keçirildikdən sonra qüvvədən düşə bilər. FIFA da qeyd edir ki, belə qadağalar müəyyən şərtlərin yerinə yetirilməsi ilə ləğv oluna bilər. (Inside FIFA)

Hazırda sanksiyanın konkret hansı iş üzrə tətbiq edildiyi və "Fənərbağça"nın ödəməli olduğu məbləğ açıqlanmayıb. Klubdan da məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, FIFA-nın transfer qadağası yeni futbolçuların qeydiyyatdan keçirilməsinə məhdudiyyət yaradır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər