Dino Ndlovu milli komandaya çağırıldı

Dino Ndlovu milli komandaya çağırıldı
İdman 1334
“Qarabağ”ın hücumçusu Dino Ndlovu Cənubi Afrika Respublikasının (CAR) milli komandasına dəvət alıb.“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Stüart Baksterin açıqladığı 26 futbolçudan ibarət heyətdə Ndlovunun da adı var. O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Seneqala qarşı keçiriləcək oyunlarda iştirak edə bilər.Qeyd edək ki, CAR yığması Seneqala qarşı ilk oyunun noyabrın 10-da öz meydanında keçirəcək. Bu qarşılaşma əslində ötən il oynanılıb və CAR yığmasının qələbəsi ilə yekunlaşıb - 2:1. Lakin FİFA baş hakimin şübhəli qərarlar verdiyini əsas gətirərək, matçın yenidən keçirilməsinə qərar verib. Nəticədə görüş təxirə salınıb. Noyabrın 14-də isə Seneqal və CAR Dakarda üz-üzə gələcək. CAR millisi 4 oyuna 4 xal toplayıb. Dino Ndlovunun komandası qarşıdakı iki oyunda qələbə qazansa, qrup lideri kimi DÇ-2018-ə vəsiqə qazanacaq.BAKU.WS

Oxşar xəbərlər

"Qarabağ"a haqsızlıq edən baş hakim kimdir? (VİDEO)

"Qarabağ"a haqsızlıq edən baş hakim kimdir? (VİDEO)

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Atletiko” oyununda (0:0) Ağdam klubunun futbolçusu Dino Ndlovunun haqsız yerə meydandan qovulması...

5406 İdman 14:40 19 oktyabr 2017

Son xəbərlər