"Qarabağ"a haqsızlıq edən baş hakim kimdir? (VİDEO)

Qarabağa haqsızlıq edən baş hakim kimdir? (VİDEO)
Video
İdman 5408
Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Atletiko” oyununda (0:0) Ağdam klubunun futbolçusu Dino Ndlovunun haqsız yerə meydandan qovulması Azərbaycanla yanaşı dünya KİV-nin də gündəmini zəbt edib. BAKU.WS-in məlumatına görə, oyunun hakimi Ruddi Buke “Qarabağ”ın futbolçusu Dino Ndlovuya guya simulyasiya etdiyinə görə ikinci sarı kart göstərib və Ndlovu oyunu tərk edib. Həmin anın kadrlarına təkrar baxanda isə aşkar görünür ki, “Atletiko Madrid”in futbolçusu Ndlovunun ayağından təpiklə vurur. “Qarabağ”ın mümkün qələbəsini əlindən alan baş hakim Ruddi Buke kimdir? Ruddi Buke 1977-ci il yanvarın 29-da Fransanın Amien şəhərində anadan olub. O, karyerasına 2003-cü ildə Fransa çempionatında başlayıb. Buke 2003-2004-cü illərdə Fransa liqasında hakimlik etdiyi 6 oyunda 28 sarı və 1 qırmızı kart dan istifadə edib. 2004-2005-ci illərdə Fransa çempionatının ikinci liqasında 15 oyunda futbolçulara 69 sarı və 6 qırmızı kart göstərib. Bu isə o deməkdir ki, Ruddi Buke həmin il ən azı 2 oyundan bir qırmızı kart göstərib. Ümumi götürəndə isə Ruddi Buke 2003-cü ildən 2015-ci ilə qədər Fransa çempionatında 282 oyunda 1030 sarı, 70 qırmızı kart göstərib. Ruddi Buke Fransada ən çox sarı və qırmızı kartlardan istifadə edən baş hakim kimi tanınır. BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər