“Qarabağ”a qol vuran “Çelsi”nin futbolçusu qəzaya düşdü – FOTOLAR
22
sen
2017
00:05
İngiltərənin “Çelsi” klubunun ulduz futbolçusu Tyemue Bakayoko bu gün avtomobil qəzasına düşüb.BAKU.WS xəbər verir ki, o, komandasının məşqindən sonra evə qayıdarkən qəza törədib. Britaniya mətbuatı onun avtomobilinin ciddi əzildiyini yazsa da, futbolçunun qəzadan ucuz qurtulduğunu qeyd edib. Belə ki, o, yaxın günlərdə yenidən məşqlərə qatıla biləcək. Bakayokonun həftə sonunda “Stok Siti” ilə oyunda iştirakında da problem olmayacaq.Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alan “Çelsi” Bakayokonu bu yay Fransa çempionu “Monanko”dan transfer edib. Sözügedən oyunçu Ağdam klubuna qalib gəldikləri oyunda (6:0) komandasının 4-cü qoluna imza atmışdı.(yenicag.az)BAKU.WS
Oxşar xəbərlər
UEFA "Qarabağ"ı tarixə saldı
Londonda "Çelsi"yə 0:6 hesabı ilə uduzan "Qarabağ" Çempionlar Liqasının tarixinə düşüb.BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu adını...