“Çelsi”-“Qarabağ” oyununa Londonda baxmaq istəyənlər üçün ŞAD XƏBƏR
29
avq
2017
21:17
Böyük Britaniyanın Bakıdakı səfirliyi “Qarabağ” komandasının Çempionlar Liqasının qrup mərhələsinin I turunda “Çelsi” ilə səfər oyununu izləməkdən ötrü İngiltərəyə getmək istəyən azarkeşlərə viza vermək üçün əlavə günlər təyin edib.Səfirlikdən verilən məlumata görə, fanatlar bununla bağlı 29 - 31 avqustda Viza Ərizə Mərkəzinə müraciət edə bilərlər. Bu addım vizanı vaxtında əldə edə bilmək üçün atılıb.Qeyd edək ki, sentyabrın 12-də Londondakı "Stemford "Bric" stadionunda keçiriləcək “Çelsi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.BAKU.WS
Oxşar xəbərlər
“Qarabağ”ın futbolçuları C qrupunun simvolik heyətində – FOTO
Çempionlar Liqasında bütün qruplar üçün simvolik heyətlər müəyyənləşdirilib. BAKU.WS futbolpress.az-a istinadən xəbər verir ki, “Squawka”nın hazırladığı “11-lik...