Löv Azərbaycanla oyundan danışdı

Löv Azərbaycanla oyundan danışdı
İdman 2840
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə birgə C qrupunda qərarlaşan Almaniya yığması səfərdə Şimali İrlandiyaya 361 hesabı ilə qalib gələrək mundiala vəsiqəni təmin edib.BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, oyundan sonra Almaniyan millisinin baş məşqçisi Yoahim Löv mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. Təcrübəli çalışdırıcı ilk olaraq qələbə barədə danışıb:- Gözlədiyimiz kimi oynadıq və qalib gəldik. Şimali İrlandiya müdafiədə səliqəli oynayan komandadır. Bu səbəbdən də ilk dəqiqələrdən onları təzyiq altında saxladıq.- 9 oyuna 9 qələbə. Bu, mükəmməl nəticədir.- Əlbəttə, müsbət göstəricidi. Məqsədimiz qrup lideri olmaq idi. Seçmə mərhələdəki çıxışımız məni razı saldı. Komanda olaraq yaxşı işlər ortaya qoyduq. - Futbolçulara istirahət veriləcəkmi? Buna kiçik bayram deyək...- Xeyr, qətiyyən! Bu, peşəkarlığa sığmaz. Kayzerslauterndə 50 minə yaxın azarkeş önündə Azərbaycan millisini qəbul edəcəyik. Biz bu oyunda da qalib gəlmək niyyətindəyik. Qrupda keçiridiyimiz 10 oyunun 10-da da qalib gəlmək rekord göstərici sayılacaq. - Azərbaycanla oyun üçün hansı planlar qurmusunuz?- Heyətdə bir çox dəyişikliklər edəcəyik. Az şans qazanan futbolçular meydanda olacaqlar. - Son zamanlar Almaniya millisi hücumçularla bağlı problemlə üzləşir. Bu vəziyyəti düzəltmək mümkündür?- Müntəzəm olaraq heyətdə çıxış edən futbolçumuz yoxdu. Buna yalnız Jozua Kimmixi misal gətirə bilərəm. Ona görə də digərlərinə yardımçı olmalıyıq.BAKU.WS

Son xəbərlər