Şimali İrlandiya yığması Azərbaycanla oyun öncəsi itki ilə üzləşib

Şimali İrlandiya yığması Azərbaycanla oyun öncəsi itki ilə üzləşib
İdman 1947

Şimali İrlandiya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə futbolçu itkisi ilə üzləşib.

"Report"un məlumatına görə, Kreyq Ketkart heyətdən çıxarılıb.

Tibbi müayinə nəticəsində İngiltərə "Uotford"unun müdafiəçinin dizindəki zədənin ciddi olduğu müəyyənləşib. Nəticədə 28 yaşlı futbolçunun həm Yeni Zelandiya ilə yoldaşlıq, həm də Azərbaycanla rəsmi oyunu buraxması məqsədəuyğun sayılıb.

Qeyd edək ki, Şimali İrlandiya millisi Yeni Zelandiyaya 1:0 hesabı ilə qalib gəlib. Azərbaycanla oyun iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

BAKU.WS

Son xəbərlər