Millimiz Şimali İrlandiyadan xal əvəzinə televizorla qayıdıb
13
noy
2016
09:41
Xəbər verdiyimiz kimi, Azərbaycan yığması səfərdə Şimali İrlandiyaya 4:0 hesabı ilə uduzub.
"Qafqazinfo” xəbər verir ki, millimiz Şimali İrlandiyadan xalla deyil 8 yeni televizorla qayıdıb.
Məlumata görə, "Richer Sound" şirkəti televizorları yığmanın qaldığı otelə çatdırmaq üçün iki dəfə gəlməli olub. Televizorlara 12 min funt-sterlinq (təxminən 25430 manat) ödənilib.
Qeyd edək ki, 4 oyundan sonra 7 xal toplayan Azərbaycan yığması qrupda 3-cü yerdə qərarlaşıb.
BAKU.WS
Oxşar xəbərlər
Millinin Bakıya qayıtmasında problem yaranıb
Futbol üzrə Azərbaycan milli komandası Şimali İrlandiya yığması ilə 2018-ci il Dünya çempionatının seçmə qrup matçından sonra hələ də Belfast şəhərindədir. BAK...