Azərbaycan gözlənilən oyuna 1 gün qalmış itki ilə üzləşdi
10
noy
2016
20:00
Şimali İrlandiyanın futbol üzrə milli komandası Azərbaycan yığması ilə oyuna daha bir itki ilə çıxacaq.
BAKU.WS-in report-a istinadla xəbər verir ki, iki gündür komanda ilə məşq etməyən Konor Vaşinqtonun matçı buraxacağı gözlənilir.
Onun əvəzinə yığmaya Laim Boys çağırılıb.
Daha öncə biləyi qırılan Ceymi Uord da heyətdən çıxarılıb. Stüart Dallas isə zədəli olduğu üçün yığmaya dəvət edilməyib.
Qeyd edək ki, noyabrın 11-də Belfastda keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
İlyas Quliyev
BAKU.WS
Oxşar xəbərlər
Yığmamız bu gün Dünya Çempionatında ilk sınağına çıxır
Bu gün futbol üzrə Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində ilk oyununu keçirəcək. "Report"un məlumatına görə, səfərdə keçiriləcək qarşılaşmada rəqib S...