Milli komandada itki: Baş məşqçi istefa verdi

Milli komandada itki: Baş məşqçi istefa verdi
İdman 895
 

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Perez Moreno Gomez Faustino yığma komanda ilə yollarını ayırıb. BAKU.WS-in məlumatına görə, ispaniyalı mütəxəssis öz istəyi ilə vəzifəsindən ayrılıb. 

Perez Moreno Gomez Faustino ölkəmizdə çalışmaqdan məmnun olduğunu bildirməklə, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməsini xahiş edib.

AFFA rəhbərliyi isə öz növbəsində Perez Moreno Gomez Faustino gördüyü işlərə və yığmaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

BAKU.WS

Oxşar xəbərlər

"Neftçi"də yeni baş məşqçi (FOTO)

"Neftçi"də yeni baş məşqçi (FOTO)

"Neftçi" futbol klubunun rəhbərliyi baş məşqçisi Əsgər Abdullayevin istefasını qəbul edib. BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütə...

1412 İdman 12:52 06 mart 2016

Son xəbərlər