"Neftçi"də yeni baş məşqçi (FOTO)

Neftçidə yeni baş məşqçi (FOTO)
İdman 1412

 

"Neftçi" futbol klubunun rəhbərliyi baş məşqçisi Əsgər Abdullayevin istefasını qəbul edib.

BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssisin istəyi müsbət cavablandırılıb.

Əsas komandada baş məşqçi vəzifəsi müvəqqəti olaraq idman direktoru Vəli Qasımova həvalə olunub. 47 yaşlı mütəxəssis komandanı martın 9-da "Xəzər Lənkəran"la ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununa çıxaracaq.

Qeyd edək ki, Əsgər Abdullayev martın 5-də "Qəbələ"yə evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının oyunundan sonra mətbuat konfransında istefa verdiyini açıqlayıb.

BAKU.WS

Vəli Qasımov

Oxşar xəbərlər

Azərbaycanda 2000 manatlıq limon

Azərbaycanda 2000 manatlıq limon

AFFA-nın İntizam Komitəsinin növbəti toplantısı keçirilib. "Qarabağ" futbol klubunun azarkeşlərinin "Xəzər Lənkəran" klubu ilə matçda meydana limon atmaları klu...

1681 İdman 14:13 09 fevral 2016

Son xəbərlər