MasterCard Azərbaycana ayrılan vəsaiti artıracaq

MasterCard Azərbaycana ayrılan vəsaiti artıracaq
İqtisadiyyat 914

Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov "MasterCard Worldwide” beynəlxalq kart təşkilatının Avropa ölkələri üzrə prezidenti Xavier Perezin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

AMB-dən BAKU.WS-ə verilən məlumata görə, görüş zamanı "MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə Mərkəzi Bank arasında birgə əməkdaşlıq imkanları və ölkədə nağdsız ödənişlərin inkişafı üzrə strateji istiqamətlərə dair məsələlər müzakirə edilib.

Mərkəzi Bankın sədri E.Rüstəmov MasterCardın Mərkəzi Bank ilə əməkdaşlığı çərçivəsində ölkədə bir sıra əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini bildirib. O, Mərkəzi Bank tərəfindən ölkədə nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişləndirilməsi məqsədilə mütəmadi əsasda tədbirlər həyata keçirilərək bu sahədə beynəlxalq tendensiyaların daim diqqət mərkəzində saxlanıldığını qeyd etdi. Belə ki, cari ildə qeyd olunan istiqamətdə kompleks tədbirləri özündə əks etdirən Dövlət Proqramı layihəsi beynəlxalq təcrübə əsasında hazırlanaraq hökumətə təqdim olunub. Ölkədə innovativ ödəniş texnologiyalarının tətbiqinin və ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, ödəniş xidmətləri bazarında rəqabət mühitinin gücləndirilməsi və ödəniş xidməti istifadəçilərinin müdafiəsinin artırılması məqsədi ilə "Ödəniş xidmətləri haqqında” Qanun layihəsi hazırlanıb.

Görüşdə Xavier Perez təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlıqdan məmnun olduğunu bildirərək bu əlaqələrin bu gün də çox uğurla davam etdirilməsində Mərkəzi Banka öz təşəkkürünü bildirdi. O, nağdsız ödənişlərin inkişafının MasterCard təşkilatının bütün dünya ölkələri üzrə fəaliyyətinin ən mühüm prioritetlərindən biri olduğunu qeyd edərək bu sahədə MasterCard ilə Mərkəzi Bank arasında sıx əməkdaşlığın vacibliyini vurğuladı. Eyni zamanda X.Perez MasterCard təşkilatının Azərbaycanın yüksək inkişaf templərini gələcəkdə də saxlayacağına inamlı olduğunu bildirərək, hazırda Azərbaycan bazarına marağın getdikcə artdığını qeyd etdi. Bu məqsədlə o, Azərbaycan üzrə işçi heyətinin genişləndiyini, ölkəyə ayrılan maliyyə və digər resursların getdickə artacağına əminliyini ifadə etdi. Ölkəmizdə nağdsız ödənişlərin inkişafına yaxından dəstək olacağını qeyd edərək, X.Perez Mərkəzi Bankla həm strateji çərçivələrin hazırlanması, həm də qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsi baxımından yaxından əməkdaşlıq edəcəyini bildirdi.

Görüşdə həmçinin, Mərkəzi Bank ilə MasterCard arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri və ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi kimi məsələlər də müzakirə olunub.

ŞAHİN Həbibov 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda bankir və biznesmenlərin həbsinin yeni dalğası başladı

Bakıda bankir və biznesmenlərin həbsinin yeni dalğası başladı

Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib. BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya hüquq...

1949 Hadisə 13:49 21 sentyabr 2015

Son xəbərlər