Manat MDB-də ucuzlaşdı
BAKU.WS-in məlumatına görə, bu barədə Mərkəzi Bankın Pul Siyasəti İcmalının 2015-ci ilin 6 ayının yekunlarına həsr olunmuş növbəti nömrəsində qeyd edilib.
Hesabatda bildirilir ki, son 6 aylıq dövrdə Mərkəzi Bank məzənnə siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. Belə ki, məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsinə başlanıb. Tətbiqinə I rübdə başlanılmış yeni əməliyyat çərçivəsinin kəmiyyət parametrləri (səbətin strukturu, dəyəri və sair) II rübdə optimallaşdırılıb. Tətbiq edilən yeni əməliyyat mexanizmi çərçivəsində də Mərkəzi Bank valyuta bazarının fəal iştirakçılarından biri olaraq qalıb.
Hazırda Mərkəzi Bankın valyuta ehtiyatlarının kifayətlilik göstəriciləri beynəlxalq səviyyədə qəbul olunmuş normaları əhəmiyyətli üstələyir. Belə ki, I yarımilliyin sonuna Mərkəzi Bankın xarici valyuta ehtiyatları 5.4 aylıq mal və xidmət idxalına (beynəlxalq normaya görə minimum 3 ay) kifayət edib və xarici dövlət borcunu 1.2 dəfə üstələyib, manatla geniş pul kütləsinin (M2) isə 81.3%-nə (beynəlxalq normaya görə minimum 10-20%) bərabər olub.
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları Cənubi Qafqaz regionu üzrə mərkəzi bankların valyuta ehtiyatlarının 68%-ni təşkil edir. I yarımillikdə manatın əksər partnyor ölkələrin valyutalarına nəzərən nominal ikitərəfli məzənnəsi ucuzlaşıb. Belə ki, nəzərdən keçirilən 15 ölkə üzrə manat Ukrayna qrivnası və Belarus rublu istisna olmaqla bütün partnyor ölkələrin valyutalarına nəzərən ucuzlaşıb.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bankdan devalvasiya açıqlaması
"2015-ci ilin I yarısında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıb. Valyuta bazarında əməliyyatların 89%-i ABŞ d...