Rəsmi məzənnə açıqlandı: Avro bahalaşdı
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1494-dən 1.1522 AZN-ə yüksəlib.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində isə ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları 1,0494 AZN-dən 1,0493 AZN-ə düşüb. Rusiya rublunun məzənnəsində isə bahalaşma qeydə alınıb. Rubl 0.0164 AZN-dən 0.0167-yə yüksəlib.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Rəsmi məzənnə açıqlandı
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən baha...