Azərbaycanda dollar ucuzlaşdı
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1.1405-dən 1.1452-yə yüksəlib.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində isə cüzi ucuzlaşma qeydə alınıb. Dollar 1.0499-manatdan 1.0497-yə qədər azalıb.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.
BAKU.WS
Oxşar xəbərlər
Manatın ucuzlaşmasının səbəbi açıqlandı
"Bu həftənin ilk 3 günündə manatın dollara nisbətən məzənnəsi müqayisəli şəkildə aşağı düşüb. Belə ki, əgər Mərkəz Bank dolların manata kursunu avqustun 3-də 1....