Azərbaycan-İtaliya matçı üçün xüsusi avtobuslar ayrıldı
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-İtaliya futbol matçı ərəfəsində 21:30-dan etibarən azarkeşlərin rahat və maneəsiz şəkildə daşınması üçün Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti və "Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC tərəfindən xüsusi marşrut avtobusları ayrılıb.
BAKU.WS-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, azarkeşlər stadiondan ekspress avtobuslarla rahat şəkildə geri qayıda biləcəklər. Şəhərətrafı marşrut xətləri üzrə 40, şəhərdaxili marşrut xətləri üzrə 120 avtobus ayrılıb. Ehtiyac yaranarsa, əlavə ehtiyat 20 avtobus sərnişinlərə xidmət göstərəcək. Marşrut avtobuslarının hərəkət istiqamətləri haqda aşağıdakı cədvəldə məlumat verilib. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda yeni marşrut xətti işə salındı
Bakıda 20 saylı marşrut avtobusu işə salınır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, sakinlərin çoxsaylı xahişini nəzə...