Millimizin rəqibi: "Bakıya parka gəzmək üçün gəlməmişik"

Millimizin rəqibi: Bakıya parka gəzmək üçün gəlməmişik
İdman 1878

 

Şimali İrlandiya millisinin hücumçusu Coş Macennis bu gün DÇ-2018-in seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri matçdan danışıb.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Belfast Telegraph”a danışan futbolçu rəqibə hörmət etdiklərini deyib.Macennis seçmə mərhələnin ilk oyununda Belfastda qazandıqları 4:0 hesablı qələbəni düşünmədiklərini bildirib: "Biz rəqibə tam hörmət edirik. Bakıya arxayın getmirik. Düşünmürük ki, Belfastda 4:0 qalib gəlmişik deyə, orada parkda gəzməliyik. Bu bizə heç nə verməz. Oyundan bir gün öncə sadəcə qalibiyyəti, matçı düşünmüək lazımdır.

Bundan başqa yol yoxdur. Kənardan asan görünür və ya heç kəs başa düşmür ki, rəqib çox güclü komandadır. Əgər xatırlayırsınızsa, Belfastdakı oyuna qədər onlar məğlub olmamışdılar. Bu rəqibin futbol keyfiyyətinin göstəricisidir. Əgər komandanın bütün futbolçuları tam potensialını ortaya qoysa, Bakıdan 3 xalla ayrıla bilərik”.

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu saat 20:00-da start götürəcək. 

BAKU.WS

Son xəbərlər