David Bekhem ailəsi ilə birlikdə İstanbulda – "Beşiktaş"ın bazasına baş çəkdi
İngiltərənin futbol əfsanəsi David Bekhem ailəsi ilə birlikdə İstanbula səfər edib və "Beşiktaş"ın Hakkı Yeten Futbol Akademiyasını ziyarət edib.
BAKU.WS xəbər verir ki, MLS təmsilçilərindən olan "İnter Mayami" klubunun sahibi Bekhem Beşiktaş United Payment qadın futbol komandası ilə görüşüb.
O, reklam çəkilişində iştirak edərək "Beşiktaş"ın qadın futbolçuları ilə birgə forma geyinib və onlarla xatirə şəkilləri çəkdirib.
Beşiktaşlı futbolçular əfsanəvi oyunçu ilə çəkilən fotolarını sosial media hesablarında paylaşıblar. Bekhem görüş zamanı futbolçulara imza da verib.
Bekhemin oğlu Romeo da İstanbulda
![]()
David Bekhemin oğlu Romeo Bekhem də İstanbul səfərində atasına qoşulub. O, sevgilisi Gray Sorrenti ilə birlikdə Tarihi Yarımada və Kapalıçarşıya baş çəkib. Romeo Bekhem ziyarət zamanı çəkdiyi fotoları Türkiyə bayrağı emojisi ilə sosial media hesabında paylaşaraq izləyiciləri ilə bölüşüb.
Oxşar xəbərlər
"Neftçi" "İmişli"ni darmadağın etdi
Misli Premyer Liqasının XXV turunda "Neftçi" və "İmişli" kollektivi üz-üzə gəlib. BAKU.WS xəbər verir ki, "Palms Sports Arena"da baş tutan oyunda ev sahibləri 6...