Daha bir güləşçimiz erməni rəqibini məğlub edib
13
apr
2019
15:51
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır.Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verib.Kamran Məmmədov ilk görüşdə danimarkalı rəqibini məğlub edib.Böyüklər arasında Avropa çempionatında debüt edən Ülvi Qənizadə təsnifat mərhələsində moldovalı idmançıya tam üstünlüklə qalib gəlib.Mübarizəyə 1/8 finaldan başlayan Orxan Nuriyev ilk görüşü prinsipial xarakter daşıyıb. Avropa çempionatının 3 qat bürünc medalçısı Artur Şahinyanla qarşılaşan gənc güləşçimiz parlaq qələbə qazanaraq (3:0) adını 1/4 finala yazdırıb.BAKU.WS
Oxşar xəbərlər
Güləşçimiz erməni dünya çempionunu məğlub etdi - FOTO
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. BAKU.WS-in məlumatına görə, beşinci yarış günündə yunan-Roma güləşi üzrə yarı...