Dünya çempionatında Azərbaycanın son 3 təmsilçisi erkən məğlub olub
27
okt
2018
17:02
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının 8-ci günündə Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.BAKU.WS-in məlumatına görə, dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev yarışa qələbə ilə başlayıb. Təcrübəli güləşçi polşalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Lakin o, 1/4 finalda ötən il dünya ikincisi olan Rusiya güləşçisinə uduzub.Orxan Nuriyev 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisinə məğlub olub.Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti də ilk mərhələdə ukraynalı həmkarına uduzub.BAKU.WS
Oxşar xəbərlər
Rəsul Çunayev dünya çempionatında bürünclə kifayətlənib
2015-ci ilin dünya birincisi Rəsul Çunayev Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatında üçüncü yerlə kifayətlənib. BAKU.WS xəbər verir ki, Ç...