Güləşçimiz dünya çempionu olub
26
okt
2018
20:58
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb. BAKU.WS-in məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı final qarşılaşmasında Qırğızıstan təmsilçisi Yolaman Şarşenbekovu 59 saniyəyə məğlub edib.Həmyerlimiz çinli rəqibini də ilk hissədə devirib. Möhtəşəm çıxışını davam etdirən Eldəniz yapon güləşçini də vaxtından əvvəl üstələyərək adını yarımfinala yazdırıb. Əzizlinin qarşısını Gürcüstan pəhləvanı da kəsə bilməyib. Həmyerlimizin final görüşü oktyabrın 25-də baş tutub.Qırğızıstan təmsilçisinə elə ilk hissədə gücünü göstərən Eldəniz dünya çempionu olub. Bu, Əzizlinin karyerasında ilk dünya çempionluğudu.BAKU.WS
Oxşar xəbərlər
Mariya Stadnik gümüş medalla kifayətlənib
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında gümüş medal qazanıb.48 kq çəkidə dərəcəsin...