Rəsul Çunayev dünya çempionatında bürünclə kifayətlənib
26
okt
2018
23:14
2015-ci ilin dünya birincisi Rəsul Çunayev Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatında üçüncü yerlə kifayətlənib. BAKU.WS xəbər verir ki, Çunayev 72 kq çəki dərəcəsində bürünc medal qazanıb. Ardıcıl olaraq yaponiyalı Tomohiro İnoeni və iranlı Məhəmmədəli Gerayini məğlub edən Çunayev yarımfinalda almaniyalı Frank Steblerə uduzsa da, medal qarşılaşmasında Abuyazid Mantsiqovu 4:3 hesabı ilə məğlub edib. Bu, 27 yaşlı idmançının 4 ildən sonra ikinci dünya "bürünc"ü olub.BAKU.WS
Oxşar xəbərlər
Mariya Stadnik gümüş medalla kifayətlənib
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında gümüş medal qazanıb.48 kq çəkidə dərəcəsin...