Daha bir güləşçimiz Avropa Çempionatında qızıl medal qazanıb

Daha bir güləşçimiz Avropa Çempionatında qızıl medal qazanıb
İdman 1226
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı davam edir.BAKU.WS-in Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən pəhləvanlar qüvvəsini sınayır. Əhmədnəbi Qvarzatilov zədələndiyi üçün son anda heyətə cəlb edilən Əsgər Məmmədəliyev debütdə Rumıniyadan olan həmkarına müqavimət göstərə bilməyib.Ötən il gənclər arasında dünya çempionu olan Hacımurad Hacıyev ardıcıl Moldova və Rumıniya təmsilçilərinə çox rahat qalib gələrək yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında ikiqat dünya çempionu olmuş italiyalı rəqibinə bata bilməyib. Hacıyev aprelin 10-da bürünc medal görüşünə çıxıb. Rusiya güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən məğlub ayrılan Hacıyev debüt etdiyi yarışda 5-ci yerlə kifayətlənib.Murad Süleymanov isə sırayla Macarıstan, Almaniya və İspaniya yığmasının üzvlərinə gücünü göstərib və yarımfinala vəsiqə qazanıb. Lakin gənc güləşçimiz bu mərhələdə rusiyalı həmkarına uduzub. Murad aprelin 10-da üçüncü yer uğrunda güləşib və təcrübəli belaruslu rəqibinə uduzub.Mübarizəyə 1/4 finaldan başlayan Şərif Şərifov Rusiya nümayəndəsini üstələyərək yarımfinala yüksəlib. Gürcüstan pəhləvanına da öz gücünü göstərən dünya və olimpiya çempionu ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə AÇ-nin finalına adlayıb. Finalda polşalı rəqibinə də heç bir şans tanımayan Şərif ilk dəfə Avropa çempionu olub. Şərifov həm də böyüklər arasında olimpiya, dünya və Avropa çempionu olan ilk güləşçimiz ünvanını qazanır.Seyid Məhəmmədrza Azərşakib isə ilk mərhələdə kosovolu güləşçiyə məğlub olub.61 kqTəsnifat - Əsgər Məmmədəliyev - Nikolay Oxlopkov (ROU) 0:674 kq1/8 final - Hacımurad Hacıyev - Georgi Paskalov (MDA) 10:11/4 final - Hacımurad Hacıyev - Maksim Vasilioqlo (ROU) 11:11/2 final - Hacımurad Hacıyev - Frank Çamizo (İTA) 2:6Bürünc medal görüşü - Hacımurad Hacıyev - Timur Bijoev (RUS) 4:686 kqTəsnifat - Murad Süleymanov - Riçard Ferents Liqeti (HUN) 5:01/8 final - Murad Süleymanov - Ahmed Dudarov (GER) 10:11/4 final - Murad Süleymanov - Teymuraz Naskidaeva (ESP) 7:21/2 final - Murad Süleymanov - Vladislav Vəliyev (RUS) 0:7Bürünc medal görüşü - Murad Süleymanov - Əli Şabanov (BLR) 2:1192 kq1/4 final - Şərif Şərifov - Məhəmməd Qurbanov (RUS) 6:21/2 final - Şərif Şərifov - İrakli Mtsituri (GEO) 8:2FİNAL - Şərif Şərifov - Zbiqniev Mateuş Baranovski (POL) 9:1125 kqTəsnifat - Seyid Məhəmmədrza Azərşakib - Eqzon Şala (KOS) 9:13BAKU.WS

Son xəbərlər