Dörd güləşçimiz “Təxti kuboku” turnirinin finalına yüksəlib
08
fev
2019
13:45
İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə “Təxti kuboku” turniri davam edir.Ənənəvi yarışda 10 ölkədən - İran, Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Macarıstan, Hollandiya, Belarus, Qırğızıstan və Gürcüstandan olan pəhləvanlar mübarizə aparırlar.İlk yarış günündə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında mübarizə aparan millimizin 4 üzvü - Əhmədnəbi Qvarzatilov (61 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) finala vəsiqə qazanıblar. Ə.Qvarzatilov qızıl medal uğrunda Uluqbəy Yoldaşbəyov (Qırğızıstan), H.Hacıyev Rza Əfzəli (İran), C.Həsənov Bəhmən Teymuri (İran), N.Hacıyev isə Əli Rzayi Qudarzi (İran) ilə qarşılaşacaq.Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (70 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Şərif Şərifov (92 kq) və Şamil Zubairov (92 kq) bürünc medala iddialıdırlar.Qeyd edək ki, medalçılar bu gün məlum olacaq.BAKU.WS
Oxşar xəbərlər
Sərbəst güləşçilərimiz Çeçenistanda üçüncü oldu – FOTO
Çeçenistanın paytaxtı Qroznıda sərbəst güləş üzrə "Əhməd Kadırov" turniri keçirilib.BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayı...