Güləşçimiz ermənini məğlub edərək sonda dünya çempionu oldu (VİDEO)

Güləşçimiz ermənini məğlub edərək sonda dünya çempionu oldu (VİDEO)
Video
İdman 3214
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı sona yaxınlaşır.BAKU.WS-in məlumatına görə, altıncı yarış günündə sərbəst güləş üzrə yığmamızın son 4 üzvü xalça üzərinə çıxıb.Ruslan Qasımov təsnifat mərhələsində özbək həmkarına çətinliklə də olsa, qalib gəlib. Ancaq 1/8 finalda Çin idmançısıyla bacarmayıb. İsmayıl Abdullayev əvvəlcə qırğız rəqibini məğlub edib. Ancaq yerli güləşçiylə görüşdə hesab 2:2 olarkən zədələnən Abdullayev yarışdan çəkilmək məcburiyyətində qalıb. Rəqib finala yüksəldiyindən İsmayıl üçün bürünc medal qazanmaq fürsəti yaranıb. Amma təmsilçimizin zədəsi noyabrın 18-də təsəlliverici görüşə çıxmağa imkan verməyib.Murad Süleymanov mundiala erməni güləşçisi üzərindəki qələbəylə başlayıb. Murad daha sonra gücünü belaruslu pəhləvana göstərib və yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya nümayəndəsinə uduzub. Həmyerlimiz noyabrın 18-də bürünc medal görüşünə çıxıb. Qarşılaşma boyunca kanadalı rəqibinə aman verməyən Süleymanov vaxtından əvvəl qalib gələrək, dünya 3-cüsü olub.Şamil Zubairov debütdə erməni güləşçiyə heç bir şans verməyib. Yığmamızın üzvü növbəti mərhələdə Qazaxıstan təmsilçisi qarşısında da çətinlik çəkməyib. Şamil Hindistan idmançısını da yenərək adını yarımfinala yazdırıb. Ukraynalı güləşçiylə qarşılaşma dramatik keçib. Sona 6 saniyə qalmış həlledici xalı qazanan Zubairov minimal fərqlə qalib gəlib. Yığma üzvü noyabrın 18-də finalda mübarizə aparacaq.61 kq1/8 final - Ruslan Qasımov - Minqu Liu (CHN) 2:6Təsnifat - Ruslan Qasımov - Firdavs Yaraşev (UZB) 3:274 kqTəsəlliverici görüş - İsmayıl Abdullayev - Navid Morad Zanqaneh (İRİ) -:+1/4 final - İsmayıl Abdullayev - Maksim Vasilioqlo (ROU) -:+1/8 final - İsmayıl Abdullayev - Bekzan Dambulov (KGZ) 6:386 kqBürünc medal görüşü - Murad Süleymanov - Aleksander Robert Mur (CAN) 10:01/2 final - Murad Süleymanov - Artur Nayfonov (RUS) 4:141/4 final - Murad Süleymanov - Raman Çitadze (BLR) 3:11/8 final - Murad Süleymanov - Hovannes Mxitaryan (ARM) 10:792 kqFinal - Şamil Zubairov - Aslanbek Sotiev (RUS) 13:81/2 final - Şamil Zubairov - Boqdan Xritsay (UKR)1/4 final - Şamil Zubairov - Sunil Kumar (İND) 10:41/8 final - Şamil Zubairov - İlişkan Çilayev (KAZ) 10:0Təsnifat - Şamil Zubairov - Sarqis Hovsepyan (ARM) 11:4BAKU.WS

Son xəbərlər