Güləşçimiz erməni idmançını döşəyə çıxmağa peşman etdi – MÖHTƏŞƏM QƏLƏBƏ – VİDEO

Güləşçimiz erməni idmançını döşəyə çıxmağa peşman etdi – MÖHTƏŞƏM QƏLƏBƏ – VİDEO
Video
İdman 3488
İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı başa çatıb.Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, güləşçilərimiz günü 2 gümüş və 2 bürünc medalla başa vurub.Bildirilir ki, yarışda 74 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz İsmayıl Abdullayev bürünc medal qazanıb. İsmayıl Abdullayev bürünc medal uğrunda görüşdə Ermənistan güləşçisi Hrayr Əlixanyanla qarşılaşıb və 10:5 hesabı ilə qalib gəlib.Qeyd edək ki, son yarış günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. 61 kq-da mübarizə aparan İntiqam Vəlizadə İsveç, Moldova, Belarus və Gürcüstandan olan rəqiblərini üstələyərək finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi Ermənistan idmançısı olub. Güləşçimiz gümüş medalla kifayətlənib. 92 kq çəkidə yarışan Asxab Həmzətov isə İtaliya, Gürcüstan və Almaniya təmsilçilərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Qızıl medal uğrunda son görüşdə onun rəqibi Rusiya idmançısı olub. Həlledici görüşü uduzan güləşçimiz çempionatın gümüş medalına yiyələnib. 74 kq-da mübarizə aparan İsmayıl Abdullayev Gürcüstan və Yunanıstan idmançılarını üstələsə də, yarımfinalda Bolqarıstan təmsilçisi ilə gərgin keçən görüşü 2:2 hesablı bərabərliklə məğlub başa vurub. Güləşçimiz bürünc medal uğrunda həlledici görüşdə Ermənistan idmançısına qalib gəlib. Rahid Həmidli (125 kq) isə bürünc medal uğrunda görüşdə Polşa idmançısından üstün olub. 61 kq FİNAL - Vazgen Tevanyan (ARM) - İntiqam Vəlizadə 5:21/2 final - Ramaz Turmanidze (GEO) - İntiqam Vəlizadə 6:6*1/4 final - Nurmahamed Muxudzinau (BLR) - İntiqam Vəlizadə 4:61/8 final - Leomid Colesnic (MDA) - İntiqam Vəlizadə 11:131/16 final - Amir Xan Mahmudzada (SWE) - İntiqam Vəlizadə 0:1174 kqBürünc medal görüşü - Hrayr Alixanyan (ARM) - İsmayıl Abdullayev 5:101/2 final - İsmayıl Abdullayev - Cemal Ruşen Ali (BUL) 2:2*1/4 final - İsmayıl Abdullayev - Aleksandros Tsantikidis (GRE) 5:21/8 final - Goga Mamiauri (GEO) - İsmayıl Abdullayev 6:886 kqTəsəlliverici görüş - Mher Markosyan (ARM) - İslam İlyasov 2:11/4 final - Arif Ozen (TUR) - İslam İlyasov 10:01/8 final - İslam İlyasov - İvan Stefanov (BUL) 8:492 kqFİNAL - Azamat Zakuev (RUS) - Asxab Həmzətov 10:01/2 final - Ertugrul Agca (GER) - Asxab Həmzətov 2:41/4 final - Asxab Həmzətov - Beka Nadaşvili (GEO) 8:21/8 final - Asxab Həmzətov - Gabrielle Strippoli (İTA) 10:0125 kq Bürünc medal görüşü - Rahid Həmidli - Jakub Brilevski (POL) 7:4Təsəlliverici görüş - Aleksi Jorjoliani (GEO) - Rahid Həmidli 5:71/4 final - Rahid Həmidli - Hovhannes Mağakyan (ARM) 2:51/8 final - Fardin Anoşeh (SWE) - Rahid Həmidli 0:10Ziya SƏCCADBAKU.WS

Son xəbərlər