“Bavariya”nın penaltisini ləğv edən hakimin hərəkəti gülüş doğurdu - FOTO

Çempionlar Liqasının 5-ci həftəsində keçirilən “Bavariya” – “Kopenhagen” matçının baş hakimi Stefani Frappart verdiyi son saniyə qərarı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, matçın son dəqiqələrində hakim Danimarka təmsilçisinin qapısına penalti zərbəsi təyin edib.
Lakin VAR otağından hakimə epizodun təkrarına baxmaq tövsiyyə olunub. Stefani Frappart bu tövsiyəyə əməl edərək təkrara baxmaq istəyib.
O əvvəlcə monitorun yerini tapmaqda çətinlik çəkib. Daha sonra Frappart monitorun yerini tapıb.
Epizoda baxan hakim daha sonra qərarını ləğv edib.
Qeyd edək ki, “Bavariya”nın “Kopenhagen”ə qalib gələcəyi təqdirdə İstanbul təmsilçisi "Qalatasaray"ın qrupdan çıxmaq şansları artacaqdı.
Qalereya
Oxşar xəbərlər
“Qalatasaray” hansı hallarda Çempionlar Liqasında qrupdan çıxar?
Ötən gecə Çempionlar Liqasının 5-ci həftəsində "Mançester Yunayted"lə matçda əzimkar mübarizə aparan və 3-3 bərabərə qalan “Qalatasaray" qrupdan çıxma şansını s...
