"Qarabağ"ın Çempion Liqasındakı rəqibləri və şansları - TARİXİ MƏRHƏLƏ
Azərbaycan milli komandası və “Qarabağ” klubunun sabiq kapitanı Aslan Kərimov BAKU.WS-ə müsahibə verib.
Veteran futbolçu Azərbaycan təmsilçilərinin Çempionlar Liqası və Avropa Liqasındakı mümkün nəticələri barədə danışıb.
- "Qarabağ" klubu Çempionlar Liqasında iki mərhələ adladı. Klubun indiki durumunu necə qiymətləndirirsiniz? ÇL-nin qrup mərhələsində oynamaq şansları varmı?
- Azərbaycan klublarının içində ən yaxşı duruma malik olan “Qarabağ” klubudur. “Qarabağ”ın Çempionlar Liqasında qarşılaşdığı klublar da ölkə çempionatının səviyyəsində olan klublar olduğuna görə, Ağdam təmsilçisi hər iki klubun fonunda çox yaxşı görsənirdi. Amma bunu top komandalarla müqayisə etmək düzgün olmazdı. Çünki rəqib komandaların səviyyəsi o qədər də yüksək deyildi. Bundan sonrakı etaplar artıq “Qarabağ”ın hansı formada olduğunun bariz nümunəsi ola bilər.
Çempionlar Liqasının qrup mərhələsinə düşmək şəansları hər zaman var. “Qarabağ” əslində bunu bir dəfə sübut edib. Fikrmcə, bu şanslar “Qarabağ”dan daha çox rəqiblərindən asılı olacaq. Elə rəqiblər düşə bilər ki, bu, çox çətin ola bilər. Şansların az və ya çox olması rəqibdən asılı olacaq. Bir az gözlmək lazımdır ki, rəqiblər bəlli olsun. Bundan sonra artıq o şanslar haqqında danışmaq olar.
Amma birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu iki etapda zəif rəqiblərlə qarşılaşmalar oldu. Lakin bundan sonrakı etapda daha çətinlik yarada biləcək rəqiblər olacaq. Ən çətin isə pleyy-off mərhələsi olacaq, buna ölüm-dirim qarşılaması da demək olar.
- "Qarabağ"ın 3-cü mərhələni adlaması üçün hansı klubla üzləşməsi sizə görə uğurlu və ya şanslı olardı?
- Sırf klub adı çəkmək istəməzdim. Amma “Qarabağı”ın təmsilçi olaraq keçmiş postsovet, Yuqaslaviya ölkələri ilə oynamasını istəməzdim. Çünki o komandalar daha aqressiv və heyətlərində təkbaşına oyunu həll edə bilən oyunçulara malik olurlar.
Fikrimcə, Polşa, Çexiya və Slovakiya təmsilçiləri ilə qarşılaşası olsalar, mərhələ adlamaq şansları daha yüksək ola bilər.
- "Qarabağ" klubunda ən yaxşı mövqe kimi haranı göstərə bilərsiniz? Müdafiə, hücum, yoxsa?
- Mövqelər əslində geniş anlayışdır. Bir mövqe digər mövqedən çox vaxt asılı olur. Müdafiədən danışırıqsa yarımümdafiə və hücum xətti bu möqeyə kömək etmirsə, kənardan baxdıqda müdafiə yaxşı görsənməyəcək. Dolayısı ilə desək bunlar haısı bir-birinə bağlıdır.
Ümumiləşdirsək onu deyə bilərik ki, "Qarabağ"ın yarımüdafiə xətti rəqiblərinə çətinlik yarada biləcək oyunçardan ibarətdir. Cinahları sürətlidir, orta xəttə də topu saxlamağı və lazım gəldikdə müdafiə olunmağı bacaran fubolçulara malikdir.
Birinci oyundan fərqli olaraq, ikinci oyunda Mahir Emrelinin çıxışını qeyd etmək lazımdır. Əslində Mahirin vurduğu qola baxsaq, beynəlxalq səviyyədə olan bir komandanın hücumçusu kimi epizoda açıldı. Bu, usta oyunçulara xas hərəkət idi.
- Bu gün keçirilən Avropa Liqada qarşılaşan klublarımızdan hansı nəticələri gözləyirsiniz?
- Nəticələri bilmək çox çətindir, amma müəyyən proqnozlar vermək mümkündür. Hesab edirəm ki, birinci tur bizim klublar üçün o qədər ağır olmalı deyil. Həm “Neftçi”, həm də “Keşlə”nin növbəti mərhələyə yüksəlmək imkanları var. Burada dominant tərəf bizim komandalar olacaq.
“Sumqayıt”dan bu mərhələdə müəyyən çətinlik gözləmək olar. Çünki klubun çox oyunçaları komandanı tərk edib. Bir-iki transfer olub, hələ ki onlar da gedən oyunçuların əvəzini tam olaraq hələki verə bilmirlər.
Qeyd edək ki, “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib. Püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq Ağdam təmsilçisi nisbətən asan rəqiblə üz-üzə gələcək.
3-cü təsnifat mərhələsinin püşkü avqustun 31-də atılacaq, oyunları 15-16 sentyabrda keçiriləcək.
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
Səpələnmişlər
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Yanq Boyz” (İsveçrə)
“Srvena Zvezda” (Serbiya)
“Qarabağ” (Azərbaycan)
“Makkabi” (Tel-Əviv, İsrail)
Səpələnməmişlər
“Molde” (Norveç)
“Midtüllann” (Danimarka)
“Ferensvaroş” (Macarıstan)
“Omoniya” (Kipr)
“Dinamo” (Brest, Belarus)
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...