“Qalatasaray” hansı hallarda Çempionlar Liqasında qrupdan çıxar?
Ötən gecə Çempionlar Liqasının 5-ci həftəsində "Mançester Yunayted"lə matçda əzimkar mübarizə aparan və 3-3 bərabərə qalan “Qalatasaray" qrupdan çıxma şansını saxlayır.
BAKU.WS xəbər verir ki, ölkəmizdə çoxlu sayda azarkeşi olan “CimBom” qrupdan çıxmaq üçün ölüm-qalım görüşünü Danimarkada keçirəcək.
"Qalatasaray" Çempionlar Liqasında qrupdan çıxmaq üçün "Kopenhagen"dən 3 xal almalıdır. Okan Burukun yetirmələri Danimarkadakı görüşdə qalib gəlsə, “Mançester Yunayted” – “Bavariya” matçının nəticəsindən asılı olmayaraq 1/16 finala yüksələcək.
“Qalatasaray”ı qrupdan çıxaran digər ehtimallar isə belədir:
“Mançester Yunayted” “Bavariya”nı məğlub etsə, “Qalatasaray” isə “Kopenhagen”ə qalib gəlsə, “CimBom” növbəti mərhələyə yüksələcək, lakin “CimBom” heç-heçə etsə, ingilislər irəliləyəcək.
"Qalatasaray" heç-heçə edib, "Mançester Yunayted" "Bavariya" ilə xal itirsə, “sarı-qırmızılar” Avropa Liqasında mübarizəni davam etdirəcək.
“Qalatasaray” Kopenhagendə uduzsa, “Mançester Yunayted” “Bavariya”ya qalib gəlsə, “sarı-qırmızılar” Avropa ilə vidalaşacaq.
Oxşar xəbərlər
"CimBom" səfərdə “Mançester Yunayted”i məğlub edib - VİDEO
UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start verilib. İlk gündə 4 qrupda 8 qarşılaşma baş tutub. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatas...