"CimBom" səfərdə “Mançester Yunayted”i məğlub edib - VİDEO
UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start verilib.
İlk gündə 4 qrupda 8 qarşılaşma baş tutub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İngiltərədə “Mançester Yunayted”i məğlub edib. Günün mərkəzi matçında isə İspaniyanın “Real” klubu İtaliyada “Napoli”yə qalib gəlib.
Çempionlar LiqasıQrup mərhələsi, II tur3 oktyabr
A qrupu“Mançester Yunayted” (İngiltərə) – “Qalatasaray” (Türkiyə) 2:3“Kopenhagen” – “Bavariya” (Almaniya) 1:2Xal durumu: “Bavariya” - 6, “Qalatasaray” - 4, “Kopenhagen” - 1, “Mançester Yunayted” - 0.
B qrupu“Lans” (Fransa) - “Arsenal” (İngiltərə) 2:1PSV (Niderland) - “Sevilya” (İspaniya) 2:2Xal durumu: “Lans” – 4, “Arsenal” - 3, “Sevilya” – 2, PSV - 1.
C qrupu“Union” (Berlin, Almaniya) - “Braqa” (Portuqaliya) 2:3“Napoli” (İtaliya) – “Real” (İspaniya) 2:3Xal durumu: “Real” – 6, “Napoli” - 3, “Braqa” - 3, “Union” - 0
D qrupu“Zaltsburq” (Avstriya) - “Real Sosyedad” (İspaniya) 0:2“İnter” (İtaliya) - “Benfika” (Portuqaliya) 1:0Xal durumu: “Real Sosyedad” - 4, “İnter” - 4, “Zaltsburq” - 3, “Benfika” - 0
Qeyd edək ki, E, F, G və H qruplarında II turun oyunları oktyabrın 4-də keçiriləcək.
Oxşar xəbərlər
Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb
UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin püşkü atılıb. “Report”un məlumatına görə, Fransanın Monako şəhərində keçirilən mərasimdə 32 kom...