ÇL-in püşkü atıldı, qruplar bəlli oldu

ÇL-in püşkü atıldı, qruplar bəlli oldu
İdman 178

UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən mərasimdə 32 komanda hərəsində 4 olmaqla 8 qrupa bölünüb.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu İtaliyanın "Milan", İngiltərənin "Çelsi" və Avstriyanın "Zaltsburq" komandaları ilə E qrupuna düşüb.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Çexiyanın "Viktoriya" (Plzen) kollektivi isə Almaniya "Bavariya"sı, İspaniya "Barselona"sı və İtaliya "İnter"i ilə birlikdə C qrupunda mübarizə aparacaq.

A qrupu: "Ayaks" (Niderland), "Liverpul" (İngiltərə), "Napoli" (İtaliya), "Reyncers" (Şotlandiya)

B qrupu: "Portu" (Portuqaliya), "Atletiko" (Madrid, İspaniya), "Bayer" (Almaniya), "Brügge" (Belçika)

C qrupu: "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), "İnter" (İtaliya), "Viktoriya" (Plzen, Çexiya)

D qrupu: "Ayntraxt" (Frankurt, Almaniya), "Tottenhem" (İngiltərə), "Sportinq" (Portuqaliya), "Marsel" (Fransa)

E qrupu: "Milan" (İtaliya), "Çelsi" (İngiltərə), "Zaltsburq" (Avstriya), "Dinamo" (Zaqreb, Xorvatiya)

F qrupu: "Real Madrid" (İspaniya), "Leyptsiq" (Almaniya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Seltik" (Şotlandiya)

G qrupu: "Mançester Siti" (İngiltərə), "Sevilya" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Kopenhagen" (Danimarka)

H qrupu: PSJ (Fransa), "Yuventus" (İtaliya), "Benfika" (Portuqaliya), "Makkabi" (Hayfa, İsrail)

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 6-da start veriləcək.

Oxşar xəbərlər

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçiriləcək mərasim...

104 İdman 09:09 25 avqust 2022

Son xəbərlər