"Qarabağ" klubu yeni transferi ilə müqavilə imzaladı - FOTO

"Qarabağ" klubu yeni transferi ilə müqavilə imzalayıb.
BAKU.WS xəbər verir ki, yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən Ağdam klubu Danimarkanın "Kopenhagen" klubundan Uroş Matiçi heyətinə qatıb. Yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb.
Tanınmış futbolçu "Qarabağ"a keçidi ilə bağlı açıqlama verib:
"Təbii ki, "Qarabağ" haqqında məlumatım var idi, bilirdim ki, ölkənin ən böyük klubudur. Bilirdim ki, müntəzəm olaraq avrokuboklarda çıxış edir, bu da mənim "Qarabağ"ı seçməyimdə əsas rol oynadı. Artıq "Qarabağ"ın içindəyəm. Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüf deyil.
Komandada çox yaxşı ailə atmosferi var və çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrildim. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəm".
Qalereya
Oxşar xəbərlər
"Qarabağ"ın yeni transferi: "Hansı komandaya gəldiyimin fərqindəyəm" - FOTO
Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qarabağ" klubu heyətini gücləndirməyə davam edir. BAKU.WS xəbər verir ki, klub Portuqaliyanın "Çaves" klubunun m...
