Aktrisa bu səbəbdən polisə müraciət etdi
Aktrisa Sonaxanım Əliyevanın başına iş gəlib.
BAKU.WS xəbər verir ki, kimliyi naməlum şəxslər onun adından tanışlarına və yaxınlarına yazaraq pul istəyib.
Bu barədə aktrisa sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, mesaj yazılan nömrə ona aid deyil.
Sonaxanım Əliyeva tanışlarına və yaxınlarını bu barədə xəbərdar edib.
"Nömrə mənim deyil, foto isə mənimdir. Vatsapda yaxınlarıma yazıb, kart göndərərək pul istəyirlər. Buna inanmayın. Mən heç kimdən borc pul istəyən olmamışam. Mən deyiləm, pul istəmirəm. Polisə məsələ ilə bağlı müraciət etmişəm" deyə o qeyd edib.
Sözügedən videonu təqdim edirik:
Oxşar xəbərlər
Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi
Türkiyə Daxili İşlər Nazirliyi xaricdə gizlənən cinayətkarlara qarşı genişmiqyaslı əməliyyat keçirib. Son 1 ay ərzində ümumilikdə 63 cinayətkar tutularaq Türki...