Paytaxtda kirayə bahalaşdı: Qiymətlərin ən çox artdığı ərazilər
Kirayə mənzil bazarında qiymətlər əvvəlki illərlə müqayisədə 6-12 faiz civarında artıb.
BAKU.WS "Xəzər" TV-yə istinadla xəbər verir ki, paytaxtın bütün zonalarında deyil, ayrı-ayrı ərazilərində daha çox qiymət artımı müşahidə edilir.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev hesab edir ki, bəzi investorlar qiymət artımını müşahidə etdikləri üçün həmin ərazilərdən mənzil alıb kirayə bazarına təklif edirlər. Xüsusilə, "Ağ şəhər", Yusif Səfərov küçəsi ətrafı, Gənclik və Atatürk prospekti istiqaməti, eləcə də Xətai rayonunun bəzi hissələri bu baxımdan öndədir.
Ekspert deyir ki, qiymətlər ayrı-ayrı layihələr və ərazilər üzrə fərqlənə bilər. İnvestisiya üçün seçim zamanı yalnız mənzilin bugünkü qiyməti deyil, həmin ərazidə gələcəkdə baş verə biləcək dəyişikliklər də nəzərə alınır. Məsələn, Binəqədinin 8-ci mikrorayonu və Dərnəgül istiqaməti daha münasib qiymətə əmlak almaq istəyənlər üçün alternativ kimi göstərilir. Buradan ev alanlar üçün də kirayə qiymətləri elə də stabil deyil.
Səbail rayonunun Badamdar qəsəbəsinin mərkəzi hissəsi və 3-cü massiv ətrafı ekoloji şəraiti, şəhər mənzərəsi və tıxaclardan nisbətən uzaq olması ilə seçilir. Bu istiqamətdə də qiymətlərdə 7-10 faiz artım var.
Ekspert onu da əlavə edib ki, sadalanan ərazilərdən mənzil alanların gələcəkdə həmin əmlakı asanlıqla satmaq imkanları da böyükdür.
Oxşar xəbərlər
Bakı dayanacaqları ilə bağlı ŞOK RƏQƏM: Yarısı standartlara cavab vermir?
Bakıda ictimai nəqliyyat sisteminin əsas elementlərindən biri avtobus dayanacaqlarıdır. Son illər paytaxtda avtobus parkının yenilənməsi ilə yanaşı, sərnişinlər...