Kofein qocalmanı ləngidə bilirmiş
Britaniyada aparılan araşdırma kofeinin hüceyrələrdə qocalma prosesini ləngidə biləcəyini ortaya çıxarıb.
BAKU.WS xəbər verir ki, London Queen Mary Universitetinin alimləri kofeinin hüceyrələrdə enerji balansını və DNT-nin bərpasını təmin edən AMPK ferment sistemini aktivləşdirdiyini müəyyənləşdiriblər.
Araşdırma insan hüceyrələri ilə oxşar xüsusiyyətlərə malik maya modelləri üzərində aparılıb. Nəticələr kofeinin hüceyrələrin stressə davamlılığını və DNT bərpası ilə bağlı prosesləri gücləndirə biləcəyini göstərib.
Alimlər bildirirlər ki, bu kəşf gələcəkdə yaşlanma ilə əlaqəli xəstəliklərin qarşısının alınmasına yönələn yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər.
Oxşar xəbərlər
Ronaldunun anası danışdı: "Oğlum Portuqaliya üçün həmişə qəhrəman olaraq qalacaq"
Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldunun anası Dolores Aveyru oğlunun baş məşqçi Jorji Jezuşla fikir ayrılığı səbəbindən milli komandadan ayrılması...